Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Şəkinin bu kəndində uşaqlar məktəbə gedə bilmir

Şəkinin bu kəndində uşaqlar məktəbə gedə bilmir
Sakura

Şəki rayonunun Qumux kənd tam orta məktəbinin yerləşdiyi bina uçulub dağılmaq üzrədir

Şəki rayonunun Qumux kənd tam orta məktəbinin yerləşdiyi bina uçulub dağılmaq üzrədir. Virtualaz.org xəbər verir ki, məktəbdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb, mənzərə doğrudan da acınacaqlıdır. Binanın döşəməsi çürüyüb, divarlardakı çatları gizlətmək üçün müxtəlif rənglərdə yamaq vurulub, damı dağıldığından yağan yağış birbaşa sinif otaqlarına tökülür. Görüntülərdən bəlli olur ki, pəncərələri taxta parçaları əvəz edir, yağışın qarşısını almaq üçün tavana içəri tərəfdən sellofan çəkilib. Otaqlardan yalnız 4-5-dən istifadə edilir, çünki təhlükəli vəziyyət yaranıb, divarlar hər an şagirdlərin üstünə uça bilər. Üstəlik, yağışdan sonra vəziyyət daha da pisləşir.

Qumux kənd sakinləri bildiriblər ki, bina təxminən 90 il əvvəl tikilib. 1999-cu ildə min nəfərdən çox sakini olan Qumuxa kənd statusu verilib, məktəb isə natamam orta məktəbdən tam orta məktəbə çevrilib, amma illərdir binada təmir-bərpa işləri aparılmır. “Maşını olan sakinlər uşaqlarını digər kəndlərin məktəblərinə aparırlar. Maşını olmayanlar uşaqları dərsdən saxlamağa məcburdular, siniflər o qədər soyuqdur ki, oturmaq mümkün deyil”, - sakinlərin müraciətində deyilir.

Sakinlər onu da deyiblər ki, məktəbin qəzalı vəziyyətdə olmasından Şəki Şəhər İcra Hakimiyyətinin, Təhsil Nazirliyinin də xəbəri var.

Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, 2019-ci ilin investisiya proqramında Şəkinin Qumux kəndində 96 yerlik modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

Son illər xüsusilə kəndlərdə qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir, çünki bu məktəblərin tikintisinə daha az vəsait sərf edilir. Modul tipli məktəblərdə şagird sayına uyğun sinif otaqları, kitabxana, sanitar qovşağı olur, istiliklə təmin edilir. Modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR