Dərc edildi: Baxış sayı: 574
Şəkərin daha bir təhlükəsi üzə çıxdı - Bu orqanı məhv edir
Alimlər şəkər tozunun daha bir təhlükəli xüsusiyyətini ortaya çıxarıb.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Kanadanın Alberta Universitetindəki alimlər şəkərdən istifadənin insanlarda iltihablı bağırsaq xəstəliklərinə səbəb olduğunu kəşf ediblər.
Araşdırmalar nəticəsində bəlli olub ki, pəhrizində şəkərdən istifadə olunan siçovullarda kolit vəziyyətində bağırsaq toxumasına dəyən ziyan daha böyük olur. Həmçinin, şəkərin patogen bakteriyaların inkişafını stimullaşdırdığı, həmin bakteriyaların isə bağırsaqlardan orqanizmin digər üzvlərinə də keçə biləcəyi vurğulanıb.
Alimlər bunun Alzaymer və Parkinson xəstəliklərinə də yaxalanma ehtimalını yüksəltdiyini qeyd ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət