Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları

Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları
Sakura

Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları

Yay mövsümünün sonlarında yetişən əncirin insan orqanizminə faydası saymaqla bitmir.

Publika.az xəbər verir ki, tərkibindəki lif, vitamin, mineral və antioksidantlar sayəsində orqanizmin təbii mühafizəçisi rolunu oynayır.

Kalium qaynağı bu cənnət meyvəsi sodium, maqnezium, C, B2, B3, B6 və K vitaminləri deposudur. Buna görə bir çox xəstəliklərlə mübarizədə müdafiə mexanizmi yaradır. Başqa qidalara nisbətən tərkibində yağın az miqdarda olması ürək-damar sisteminin sağlamlığına öz töhfəsini verir. Az miqdarda kaloriyə malikdir, bununla yüksək enerji qaynağı hesab edilir. Həzm, artıq çəkidən əziyyət çəkmək kimi problemi olanların rahatlıqla qida rasionuna əlavə edəcəyi meyvədir. Buna görə də əksər pəhriz menyularında əncirin xüsusi yeri var.

Bundan başqa, yüksək təzyiq, şəkərli diabet, sümüklərin əriməsi problemlərində köməkçi olur. Antioksidantla ən zəngin meyvə məhz əncirdir.

Ürək-damar

Yüksək miqdarda kalium tərkibli olması ürək-damar problemlərinin yaranma riskini azaldır. Damarların sərtləşməsinin və içinin yağlanmasının qarşısını alır.

Alzaymer riski

Amerika və Avstraliya universitetləri tərəfindən aparılan araşdırmalara görə əncir qocalan insanların inflamatuar sitokinlərinin azaldır. Bu da Alzaymer xəstəliyinin yaranma riskini aşağı salır.

Xərçəng

Tərkibindəki lif döş xərçənginin qarşısını alır. Menopoz keçirən qadınların hormon səviyyəsi dalğalanır. Bu da immun sisteminə mənfi təsir göstərir və bu durumda antioksidantların sərbəst radikallarla mübarizə əzmi aşağı düşür. Əncir orqanimzi liflə təmin edərək müdafiə xətti qurur.

Saç və dəri

Dəriyə çəkilən təzə əncir əzməsi dərinin qidalanması və təmizlənməsini təmin edir. Qocalmağa qarşı effektiv olduğu bilinən əncir sızanaq və qara nöqtələrin də öhdəsindən gəlir. Bu problemləri yaşayan insanlar təzə ənciri püre halına salıb 20 dəqiqə üz dərisində saxlasın. Bu maska ilə cild daha parlaq və qüsursuz olur.

Bir çox kosmetika məhsulunda və şampunların tərkibində olan əncir saçların sağlamlığı üçün önəmlidir. Saç köklərini bəsləyir və saç dərisini qoruyur.

Bronxit və astma

Əncir yarpaqlarının dadı pis olsa da, tərkibindəki təbii kimyəvi birləşmələr çay kimi içiləndə bronxit kimi bir çox tənəffüs yolları xəstəliklərini müalicə edir.

Həzm sistemi

Əncirin lifli quruluşda olması və bağırsaqların işini yaxşılaşdırması həzm sisteminə müsbət təsir göstərir. Xüsusilə, artıq çəkidən əziyyət çəkən və oturaq şəkildə işləyənlərdə bağırsaq tənbəlliyi olduğu üçün bu meyvədən tez-tez istifadə edilməlidir. Qəbzliyin qarşısını alır, lakin çox yeyiləndə ishala səbəb ola bilər.

Təzyiq

Qan təzyiqinin qeyri-normallığından əmələ gələn təzyiq xəstəliyi nəzarətə alınmadığı halda iflic kimi qorxulu xəstəliklərə səbəb ola bilər. Bunun qarşısını almaq üçün qurudulmuş əncirdən istifadə etmək lazımdır. Tərkibindəki kalium və B3 vitamini sayəsində bu işin öhdəsindən asanlıqla gəlir.

Hafizə

Nizamlı və sağlam qidalanmaq bir çox xəstəliyin qarşısını aldığı kimi beyinin də qidalanması üçün əhəmiyyətlidir. Gündə bir neçə ədəd təzə əncir yemək hafizəni qüvvətləndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR