Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şəkər xəstəliyinin yeni səbəbi...

Şəkər xəstəliyinin yeni səbəbi...
Sakura

Şəkər xəstəliyinin yeni səbəbi...

Şəkərli diabetin daha bir səbəbi aşkarlanıb.

e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmalara görə, insulin disbalansı diabetin yeganə səbəbi deyil. Alimlərə görə, qaraciyərdə olan problemlər də diabetə gətirib çıxara bilər. İsveçrədə aparılan yeni tədqiqatın nəticələri göstərir ki, kök insanlarda diabetin yaranma səbəbi qaraciyərdə yağın toplanmasından birbaşa asılıdır.

"Bizim gəldiyimiz nəticələr göstərir ki, indiyə kimi məlum olan insulin disbalansından başqa, qaraciyər yağlanması da ikinci tip diabetin inkişafına kömək edir", deyə müəlliflər bildirib. 

Alimlər eksperimenti davam etdirməyi və heyvanlarda xəstəliyin inkişafını modelləşdirməyi planlaşdırırlar.

Qeyd edək ki, qanda şəkər səviyyəsi əsasən iki hormonla tənzimlənir. Bu, qanda qlükozanın səviyyəsini azaldan-insulin, onu artıran-glukagondur. Onların təsiri altında, qaraciyər qlükozanın səviyyəsini - istehsal və yenidən bölüşdürməklə tənzimləyir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR