Slimfit
  1. MARAQLI

Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar

Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar
Sakura

Şəkər əvəzinə istifadə olunan faydalı məhsullar

Təbiətdə olan elə qida məhsulları var ki, onlar şəkərin əvəzləyicisi kimi şirniyyata olan ehtiyacımızı ödəyir. Sirrini bilmədiyimiz həmin məhsullar sağlamlığımız baxımından da möcüzəvi əhəmiyyətə malikdir.

 Yenicag.az həmin qida məhsullarını təqdim edir:

1. BAL – Yeməklərimizdə ən çox istifadə olunan bu məhsul təbii şəkərlərlə zəngindir. Bal həm də tərkibində vitamin və mineralların çoxluğu baxımından olduqca əhəmiyyətlidir.

2. BANAN – Tam yetişmiş bananlar daha çox şəkər ehtiva edir. Tam yetişməmiş bananları isə sobada qəhvəyi rəng alana qədər isitdikdən sonra şirniyyatlarınıza əlavə edə bilərsiniz.

3. DUZ – Əslində, şəkər əvəzinə duz istifadə etmək bir qədər təəccüblü görünür. Lakin duzun tərkibindəki maddələr qidanın içində olan təbii şəkəri ortaya çıxarmaq özəlliyinə malikdir.

4. ŞİRİN ƏDVİYYATLAR – Darçın, hil, razyana kimi ədviyyatları şəkər əvəzinə istifadə edə bilərsiniz.

5. VANİL – Təbii şəkərlərlə zəngin olan vanili toz halında və ya toxumları ilə birlikdə şirniyyatlara əlavə edə bilərsiniz. Dad verməklə yanaşı, yaydığı xoş ətir sizə zövq verəcək.

6. KÖK – Əgər şirniyyatlarınıza şəkərə alternativ olaraq kök əlavə edəcəksinizsə, onların bişirildikdən sonra daha şirin olduqlarını unutmayın.

7. SOĞAN – Nə qədər heyrətə səbəb olsa da, soğan yeməklərə şirin bir dad verir.

8. TƏBİİ MEYVƏ SULARI – Bu sular tərkibində olan bol vitaminləri ilə həm sağlamlığımız üçün faydalıdır, həm də təbii şəkər ehtiva edir.

9. XURMA – Karamelə bənzər bir dada sahib olan bu möcüzəli meyvəni şirniyyatlara əlavə edərək, şəkəri istifadə etməyi tərgidə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR