Slimfit
  1. İDMAN

Şəhriyar Məmmədyarov uğursuzluq zolağından çıxa biləcəkmi?

Şəhriyar Məmmədyarov uğursuzluq zolağından çıxa biləcəkmi?
Sakura

Şəhriyar Məmmədyarov uğursuzluq zolağından çıxa biləcəkmi?

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şahmat üzrə ən nüfuzlu turnirlərdən biri olan “Altibox Norway Chess” yarışını son yerdə başa vurub. Stavanger turnirində şahmatçımız 5,5 xalla Rusiya təmsilçisi Aleksandr Qrişukla axırıncı iki pilləni bölüşüb.

AZƏRTAC xəbər verir ki, dünyanın ən güclü şahmatçılarından sayılan Ş.Məmmədyarovun reytinqi getdikcə aşağı düşür. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) iyun ayı üçün reytinq siyahısında şahmatçımız (2774) üç pillə geriləyərək səkkizinci mövqedə qərarlaşıb. Stavanger turnirinin ilk mərhələlərində Ş.Məmmədyarovun əla çıxışı onun yenidən əvvəlki kimi qələbələr seriyasını davam etdirəcəyinə ümid verirdi. Belə ki, ilk turda amerikalı Fabiano Karuana, ikinci turda hindistanlı Vişvanatan Anandı məğlub edən Şəhriyar növbəti turlarda bir-birinin ardınca uduzub. Şahmatçımız beşinci turda rusiyalı Aleksandr Qrişukla qarşılaşmasından sonra (Şəhriyar bu oyunda əsas hissədə heç-heçə etsə də, rapiddə uduzub) “Facebook”dakı səhifəsində bu barədə yazıb: “Bu dəfə də alınmadı. Amma mütləq bir gün alınacaq. Hər gün o ümidlə yuxudan oyanıb məşq edirəm, yarışlara hazırlaşıram. Sevginiz və dəstəyiniz üçün təşəkkürlər”.

Turnirin altıncı turunda isə o, Fransa təmsilçisi Maksim Vaşe-Laqrava “Armageddon”da məğlub olub. Qeyd edək ki, Norveç turnirində yenilik tətbiq edilib: standart partiyada hər bir oyunçuya əlavəsiz 2 saat vaxt verilib. Partiyada qələbəyə görə 2, məğlubiyyətə görə 0 xal hesablanıb. Tərəflər 4 saatlıq oyunun sonunda heç-heçə edəcəkləri halda, hər şahmatçının aktivinə yarım xal əlavə olunub və qalibi müəyyənləşdirmək üçün “Armageddon” oynanılıb.

Norveç turnirindən əvvəl, ötən ay Moskvada keçirilən “Grand Prix 2019” seriyasının ilk mərhələsində Şəhriyar polşalı Radoslav Voytaşekə uduzaraq çıxışını dayandırıb. Yarış FIDE-nin 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Bu turnirdə ən yüksək nəticə göstərən iki şahmatçı iddiaçıların yarışına vəsiqə əldə edəcək. Xatırladaq ki, dörd mərhələdən ibarət “Qran-Pri 2019” seriyası yarışlarının Ş.Məmmədyarovun da qatılacağı digər mərhələləri Latviya, Almaniya və İsraildə keçiriləcək.

Ümumiyyətlə, şahmatçımız hələ ki, bu ilin əvvəlindən keçirilən yarışlarda yaxşı nəticə göstərə bilməyib. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş ənənəvi “Tata Steel Masters 2019” turnirində 5 xalla 11-12-ci, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində 3,5 xalla 9-cu yeri tutub.

Ş.Məmmədyarovu qarşıda “Grand Chess Tour 2019” seriyası yarışının iyunun 24-dən iyulun 9-dək Zaqrebdə keçiriləcək ikinci mərhələsi gözləyir. Şahmatsevərlər onun uğursuzluq zolağından çıxacağına ümid bəsləyirlər.

2020-ci ildə keçiriləcək FIDE-nin İddiaçılar turnirinə vəsiqə xarakteri daşıyan “Grand Chess Tour 2019” yarışlarının digər mərhələləri iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Yarışın final seriyası noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək .

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR