Slimfit
  1. İDMAN

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin həlledici mərhələsində mübarizəyə başlayır

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin həlledici mərhələsində mübarizəyə başlayır
Sakura

Şəhriyar Məmmədyarov FIDE Qran-prisinin həlledici mərhələsində mübarizəyə başlayır

Bu gün Qüdsdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-pri yarışının həlledici – IV mərhələsi start götürəcək.

Report” xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov ilk raundda rusiyalı Dmitri Yakovenko ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qalib ikinci raundda Sergey Karyakin (Rusiya) - Pentala Harikrişna (Hindistan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, olimpiya sistemi ilə keçirilən turnirdə 21 şahmatçının hər biri 3 mərhələdə mübarizə aparır. İlk 2 yeri tutacaq qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar. Hazırda rusiyalı Aleksandr Qrişuk 20 xalla liderdir. Fransalı Maksim Vaşye-Laqrav 13 xalla 2-ci, Şəhriyar Məmmədyarov isə 10 xalla 3-cü sıradadır.

Hər bir mərhələdə qalib şahmatçı hesabına 8 xal yazdırır. İkinci yer 5, yarımfinalda uduzanlar 3, 2-ci raunda yenilənlər 1 xal alır. İlk raunda mübarizəni dayandıranlara xal verilmir. Üstəlik, hər bir mərhələdə tay-brek olmadan qələbə qazanan şahmatçı əlavə 1 xal götürür.

Qeyd edək ki, 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. 15 mart – 5 apreldə baş tutacaq yarışa 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR