Slimfit
  1. AZƏRBAYCAN

Səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği psixoloji baryeri keçib

Səhiyyə sahəsinə ayrılan vəsaitin məbləği psixoloji baryeri keçib
Sakura

Rəşad Mahmudov: "Dünya ölkələrinin büdcəsində təhsil və səhiyyəyə ayrılan xərclərə baxanda aydın görünür…

"Səhiyyədə maliyyə siyasətinin düzgün qurulması, maliyyə resurslarının düzgün istifadəsi əhalinin sağlamlığının qorunmasında mühüm rol oyanyır". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, maliyyə siyasətinin effektiv olması üçün bir sıra dövlət qurmlarının sıx əlaqədə işləməsi vacibdir.

Deputatın sözlərinə görə, bu il səhiyəyə ayrılan vəsait psixoloji baryer həddi olan 1 milyard manatı keçib: "Eləcə də icbari tibbi sığortanın 2019-ci ildə tətbiqi üçün 224 milyon manat nəzərdə tutulub. Hesab edirəm ki, səhiyyə sahəsinə vəsaitin çoxaldılması səhiyyənin inkişafına öz töhvəsinə verəcək. Dünya ölkələrinin büdcəsində təhsil və səhiyyəyə ayrılan xərclərə baxanda, aydın görünür ki, səhiyyə xərcləri təhsil xərclərindən 20 faiz çox olur".

"Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, səhiyyə xidmətinin keyfiyyətli olması üçün tibbi heyət, maliyyələşmə, informasiya texnologiyaları vacibdir. Hesab edirəm ki, Azərbaycanda öz həllini tapan digər amillər tibbin inkişafına səbəb olacaq. 2019-cu il dövlət büdcəsi dövlətimizin səhiyyə siyasətində yeni maliyyə baxışı kimi yaddaşlarda qalacaq" - R.Mahmudov vurğulayıb.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR