Dərc edildi: Baxış sayı: 412
Səhiyyə Nazirliyinin nümayəndələri 'Semaşko'da vətəndaşların şikayətlərini dinləyəcəklər
Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.
Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət