Dərc edildi: Baxış sayı: 313
Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub
Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi vəzifəsinə təyinat olub.
Nazirlikdən "Report"a verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolan Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət