Slimfit
  1. CƏMİYYƏT

Şəhidlərin fotosunu evinizdən asın - Millət vəkili

Şəhidlərin fotosunu evinizdən asın - Millət vəkili
Sakura

Şəhidlərin fotosunu evinizdən asın - Millət vəkili

Azərbaycan Dövlət Pedaqoji Universitetində Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (ABAİB) və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) dəstəyi ilə “Azərbaycan-Özbəkistan münasibətlərinin və türk dünyası birliyinin güclənməsində gənclərin rolu” adlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə universitetin tələbə və müəllim heyəti, QHT, KİV sektorunun nümayəndələri, bir sıra yeni nəsil yazarlar və Özbəkistanın bir qrup tanınmış ziyalısı iştirak edib.

Q.Paşayeva tədbirdə çıxış edərək, gənclərə türk dünyasında birliyin önəmindən danışıb:

“Əziz gənclər, bizim üçün vətən və vətəndaşlıqdan şərəfli heç nə yoxdur. 10 milyon üçün deyil, 50 milyondan çox insan üçün Azərbaycanın dövlət müstəqilliyi böyük önəm daşıyır. Biz azərbaycanlılar, mənsub olduğumuz türk dünyası ailəsi ilə birgə, dünyada böyük gücə malikik. Nə qədər sıx birləşsək, gücümüz də o qədər çox olar. Qardaş türk respublikaları öz müstəqilliyini elan etdikcə, qardaş birliyinin zərurətini daha yaxından hiss edirdik. Vaxtilə problemlərimiz yarananda türk dövlətləri birlikdə olsaydı, bu problemləri yaşamazdıq. Şükürlər olsun ki, bu günə gəlib çıxdıq. İnanıram ki, birliyimiz getdikcə daha da möhkəmlənəcək. Sadəcə, bu birliyin altını doldurmaq lazımdır, şüardan gerçək işə, qalıcı fəaliyyətə keçməliyik".

Deputat çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinə də toxunub, iki qardaş xalq və ölkə arasında əlaqələrdən söz açıb, bu əlaqələrin daha da möhkəmlənməsinin zəruriliyini vurğulayıb:

“Dünyanın 80 faiz dövlətində olmuşam amma Özbəkistan qədər gözəl ölkə az görmüşəm. Gənclərə tövsiyyəm odur ki, xaricə səfər imkanınız olunda əvvəlcə qardaş ölkələri görməyə çalışın. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan və digər qardaş ölkələrlə münasibətlərimizin daha da möhkəmlənməsi ümumən türk dünyası üçün çox vacibdir. Əziz gənclər, bizdən daha vacib missiya daşıdığınızı unutmayın. Yaxşı oxumaq əsas missiyanız olmalıdır.

Mən evimdə və ofisimizdə qədimdən indiyə qədər olan dövlətlərimizin xəritələrini saxlayıram. İnanın ki, belə xəritələrə malik olmaq, sizi həm düşündürəcək, həm də tarixi hərəkət istiqaməti verəcək. Yaxud da bir şəhidin fotosunu evinizdən asın və hər gün onun gözlərinin içinə baxın. O gözlər sizə çox şey deyəcək.

Türk dünyasından bəhs edən kitablar oxuyun, filmlərə, seriallara baxın. Siz çox şeyi dəyişə bilərsiniz. Hər birimiz üçün ən böyük arzu işğal altında olan torpaqlarımızın azad edilməsidir. Xankəndinə bayrağımızı daha tez asmağımız da Azərbaycanın daha güclənməsindən və türk dünyasının birliyindən keçir".

Tədbirdə daha sonra professor Babaxan Şərif, Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyət Rüstəm, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və RHİM sədri Arzu Bağırova da çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərindən söz açıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR