Slimfit
  1. CƏMİYYƏT

Şəhid Səbuhinin qardaşı DANIŞDI: "Günümüz başqa uşaqlara baxmaqla keçib"

Şəhid Səbuhinin qardaşı DANIŞDI: "Günümüz başqa uşaqlara baxmaqla keçib"
Sakura

Şəhid Səbuhinin qardaşı DANIŞDI: "Günümüz başqa uşaqlara baxmaqla keçib"

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı olan şəhid Səbuhi Əhmədov haqqında Baku TV-də reportaj yayımlanıb.

Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. Ölümündən sonra Səbuhi Əhmədov "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhidin qardaşı Sənan Əhmədov qardaşı ilə bağlı xatirələrini bölüşüb:

O, qardaşı ilə "SOS Uşaq Kəndləri"ndə böyüdüyünü qeyd edib:

"18 yaşımda hərbi xidmətə getdim. Mən geri dönəndən sonra qardaşım da hərbi xidmətə yollandı. Günümüz məktəb və tələbəlik illərində digər uşaqların xoşbəxtliyinə baxmaqla keçdi. Uşaq evində böyüyən uşaqlar üçün reallıq budur. Özümüzə bir yuva qurmaq istəyirdik. Mən bunu özəl iş yerlərində qura bildim. Qardaşım isə hərbidə hərbçilərlə həmin ailə bağını qurmuşdu. Bizim həmişə bir sözümüz var idi: bir-birimizdən başqa kimsəmiz yoxdur. Bu söz bizə təsəlli idi".

Sənan Əhmədov qardaşının özünü çirkin hesab etdiyini söyləyib: "Bugünkü gündə zəmanəmizin bəzi qızlarının tələblərinə uyğun deyildi. Qardaş olaraq ananın vəzifəsini yerinə yetirdim, yeddi qapıya getdim. Gedirdim, deyirdilər ki, evin var? Səbuhi bir dəfə sevdiyi qızdan utandı. Gəldi yanıma, dedi ki, bizim niyə belə həyatımız var? Gördüm ki, ağlayır, heç nə demədi. Sonradan qrup yoldaşlarından eşitdim ki, sevdiyi qıza ondan xoşu gəldiyini bildirib. Qız isə "Yetim uşaqsan, mənim sənə yazığım gəlir deyə belə xoş davranıram" deyib".

Sənan Əhmədov qardaşının dəfn olunduğu gündən də bəhs edib: "Qardaşımı torpağa tapşırana qədər donub qalmışdım. İndi qəbir üstündə oturub rahat ağlaya bilirəm. Ürəyim buz kəsmişdi, gözlərimdən bir damla yaş gəlmirdi. Ürəyim partlayırdı, ağlamaq istəyirdim. Birinci dəfə idi ki, qardaşımı qucaqlayanda heç nə hiss etmirdim".

Ətraflı süjetdə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR