
Dərc edildi: Baxış sayı: 139
Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
Ötən gün axşam saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində "Mercedes-Benz" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Ens.Az xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.
Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət