Slimfit
  1. TÜRKİYƏ

Şəhid "Mehmetçik"lərin qardan heykəlləri hazırlandı - 200 maşınla daşıdılar

Şəhid "Mehmetçik"lərin qardan heykəlləri hazırlandı - 200 maşınla daşıdılar
Sakura

Şəhid "Mehmetçik"lərin qardan heykəlləri hazırlandı - 200 maşınla daşıdılar

Qarsın Sarıqamış ilçəsində 104 il əvvəl Sarıqamış Hərəkatı zamanı Allahuəkbər Dağlarında donaraq şəhid olan əsgərlərin xatirəsinə qardan heykəllər hazırlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qardan heykəlləri hazırlamaq üçün Cıbıltəpə Mərkəzinin otellər bölgəsinə 200 yük maşını qar gətirilib.

Bu heykəllərin hazırlanmasına Qars Qafqaz, Ərzurum Atatürk, İbrahim Çeçen, Bayburt və Muş Alparslan universitetlərinin bir qrup müəllimi 2 həftə işləyib.

Heykəllər Türk bayraqları ilə örtülüb və vətəndaşların böyük marağına səbəb olub.

Heykəllər hazırlanarkən havanın temperaturu mənfi 20 dərəcəyə düşüb. 8 metr yüksəkliyində 3 əsgər heykəli hazırlanıb. Heykəllərin hazırlanmasına 2004-cü ildən başlanılmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR