Şəhid anasının aldadılıb Rusiyaya aparılması iddiası ilə bağlı açıqlama
Şəhid anası Paşayeva Şöhrət Rza qızının şikayətinə “Nuray Travel” şirkətindən cavab verilib. Qeyd edək ki, şikayətçi ondan alınan ödəniş qarşlığında şirkətin xidmət göstərmədiyini bildirib.
Turizm şirkətindən bizimyol.info-ya bildirilib ki, həqiqətən də Şöhrət Paşayeva, Fatma Abbasova, Afilə Abbasova və Ramiz Zeynalov onların müştəriləri olub və şirkətə hər biri Rusiyanın Yessentuki şəhərində yerləşən “Viktoriya” sanatoriyasına müalicəvi tur üşün 970 manat olmaqla ümumilikdə 3880 manat ödəyiblər.
“Onlar üçün nəzərdə tutulan müddətdə onlar vaxtında sanatoriyaya getmədilər. Xəstələrinin olduğunu dedilər. Sanatoriya cərimə olaraq həmin vəsaiti bizdən tutdu”,-deyə “Nuray Travel”den bildirilib.
Şirkətdən o da qeyd olunub ki, bu ilin oktyabr ayında həmin 4 müştərinin ödənişi geri qaytarılacaq.
Xatırladaq ki, şəhid anası Şöhrət Paşayeva Yessentukiyə getidklərini, amma onlar üçün otaq bron edilmədiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət