Dərc edildi: Baxış sayı: 475
Şəhid ailələrinin ödənişlərlə bağlı müraciətləri araşdırılır
Xəbər verdiyimiz kimi, oktyabrın 9-dan notariat kontorlarında şəhid hərbi qulluqçuların birdəfəlik ödəməyə hüququ yaranan vərəsələrinin sənədlərinin qəbuluna başlanılıb.
Vərəsələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytındakı (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil edir və hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəməni almaq hüququnun olub-olmadığını öyrənirlər.
ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzVision.az-a açıqlamasında deyib ki, birdəfəlik ödəməni almaq hüququ mövcud olduğu təqdirdə isə notariat kontoruna aidiyyəti üzrə sənədləri təqdim etməklə vərəsəlik şəhadətnaməsi alırlar.
Şəhadətnamə verilənlər barədə məlumatlar nazirliyin Mərkəzi Elektron İnformasiya Sisteminə ötürülür və sistemdə birdəfəlik ödəmə veriləcək vərəsələrin elektron qeydiyyatı formalaşır. Bu proses uğurla davam etməkdədir.
Qurum rəsmisi qeyd edib ki, bununla yanaşı, bir sıra hallarda “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində axtarış zamanı ayrı-ayrı şəhid hərbi qulluqçuların vərəsələrinin əvvəllər Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən müvafiq şığorta ödənişi ilə təmin edildiyi barədə cavab çıxsa da, bununla razı olmayan vətəndaşlarımız da var. Sığorta ödənişini almadığını iddia edən vərəsələr tərəfindən nazirliyə rəsmi müraciətlər daxil olur.
"Həmin vətəndaşların diqqətinə çatdırırıq ki, bütün bu müraciətlərə diqqət və həssaslıqla yanaşılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Sığorta Kommersiya Şirkəti ilə birgə belə müraciətlərin əsaslı olub-olmadığının araşdırılması işləri aparılır. Araşdırmaların nəticələri barədə müraciət edənlərə müvafiq məlumat veriləcək".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət