Səfir: Niderland və Azərbaycan dəmiryolu əlaqəsi yarada bilər
Niderland və Azərbaycan dəmiryolu əlaqəsinin yaradılması üzərində işləyir.
Ens.az xəbər verir ki, bunu Trend-ə Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.
O bildirib ki, dəmir yolu Azərbaycandan keçməklə Venlo şəhərindən Çinə qədər uzanacaq:
“Ümid edirik ki, bu layihəni reallaşdırmağa nail olacağıq”.
Səfirin sözlərinə görə, hazırda Maas çayı üzərində yerləşən Venlo limanı ilə Bakının yeni Ələt limanı arasında əlaqələr mövcuddur:
“Bakı limanının direktoru Taleh Ziyadov personalın tədris üçün Niderlanda yollanmasında maraqlıdır”.
O.Kervers əlavə edib ki, o, Dövlət Gömrük Komitəsi Akademiyasının direktoru ilə əlaqədədir:
“O, Rotterdam limanının gömrüyü ilə əməkdaşlıqda maraqlıdır. Gömrük logistikanı ləngidən nəzarətdir. Əgər gömrük yoxlamasını liman idarəetmə sistemlərinə inteqrasiya etmək mümkün olsa, bu qat-qat səmərəli olacaq və siz yükləri daha sürətlə daşıya biləcəksiniz”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət