Slimfit
  1. DÜNYA

Səfir: “Gürcüstan Avropa İttifaqının üzvü olmağa hazır deyil”

Səfir: “Gürcüstan Avropa İttifaqının üzvü olmağa hazır deyil”
Sakura

Səfir: “Gürcüstan Avropa İttifaqının üzvü olmağa hazır deyil”

“Gürcüstan Avropa İttifaqının üzvü olmağa hazır deyil”.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Tbilisidəki yeni səfiri Karl Xartsel KİV nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, Gürcüstanı Aİ-yə yaxınlaşdıracaq bütün mövcud alətlərdən istifadə olunmalıdır: “Bildiyiniz kimi, assosiasiya haqqında saziş Gürcüstanın Avropa İttifaqı standartlarına yaxınlaşmasını nəzərdə tutur. Azad ticarət haqqında sazişin məqsədi isə Gürcüstanı təşkilata islahatlar həyata keçirməklə yaxınlaşdırmaqdır. Avropa İttifaqının genişləndirilməsi ilə bağlı Brüsseldə müxtəlif fikirlər var. Lakin bir məsələ ilə bağlı yekdil fikir var ki, bu da Gürcüstanın təşkilata daha da yaxınlaşdırılması üçün ölkədə mövcud olan hər bir alətdən istifadə olunmasıdır. Gələcək Avropa İttifaqının qarşıdakı illərdə necə inkişaf edəcəyindən asılı olacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR