Slimfit
  1. MEDİA

Səfir: Fərziyyə və ehtimallara söykənən dırnaqarası mütəxəssis rəyləri təəccüb və təəssüf doğurur

Səfir: Fərziyyə və ehtimallara söykənən dırnaqarası mütəxəssis rəyləri təəccüb və təəssüf doğurur
Sakura

Səfir: Fərziyyə və ehtimallara söykənən dırnaqarası mütəxəssis rəyləri təəccüb və təəssüf doğurur

Son günlərdə yerli kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişinə dair müxtəlif fikirlər səsləndirilir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov bununla bağlı AzərTac-ın suallarını cavablandırarkən deyib:

- Məlum olduğu kimi, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmışdır. Sözügedən Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunduqdan sonra 14 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmişdir. Eyni dövlətdaxili prosedur İran İslam Respublikasında da həyata keçirilmiş və Saziş hüquqi qüvvəyə minmişdir.

Qeyd olunan yazılara və söylənilən fikirlərə ən gözəl cavab hələ 2016-cı ildə e-qanun.az portalında yerləşdirilmiş Sazişin mətnidir. Xarici İşlər nazirinin müavini Xələf Xələfovun kütləvi informasiya vasitələrinə verdiyi açıqlama məsələni qərəzli təhlil edən və rəy bildirənlərə tutarlı cavabdır.

Açığını söyləyim ki, ancaq fərziyyə və ehtimallara söykənən dırnaqarası mütəxəssis rəyləri təəccüb və təəssüf doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda tarixi nailiyyət adlandırılmalı olan sözügedən Sazişə qarşı belə bir qərəzli və ictimai fikri çaşdıran təbliğatın aparılması onun müəlliflərinin naşılığının göstəricisidir.

Sözügedən qurğuların yerləşdiyi Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində həmin əraziyə faktiki nəzarət həyata keçirilə bilmir. Amma hüquqi qüvvəyə malik olan bu Saziş Azərbaycanın suverenliyinin bu ərazilərdə tətbiq olunmasına əsas yaradır. Bu da orada həyata keçirilən hər bir fəaliyyətdə Azərbaycanın paritet əsasda iştirakını təmin edir.

Onu da diqqətinizə çatdırım ki, körpülər ilə bağlı kütləvi informasiya vasitələrində aparılan spekulyasiyalar bu Sazişə kölgə sala bilməz. İran tərəfinin də təsdiq etdiyi kimi, həmin körpülər bəndlərin tikilməsi üçün yardımçı qurğular kimi nəzərdə tutulmuşdur.

-Cənab səfir, bəs sözügedən Sazişlə bağlı ictimaiyyətin daha ətraflı məlumatlandırılması üçün əlavə nə deyə bilərsiniz?

-Bildiyiniz kimi, Araz çayı Azərbaycan İran sərhədinin Naxçıvan Muxtar Respublikası ilə İmişli rayonunadək hissəsini təşkil edir. Uzun illərdir ölkələrimiz arasında Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə təcrübəsi mövcuddur. Buna misal olaraq, Araz çayı üzərində tikilmiş “Araz” və “Mil-Muğan” hidroqovşaqları və su elektrik stansiyalarını göstərmək olar. “Xudafərin” və “Qız qalası” qurğularının inşasının müzakirəsi hələ keçmiş SSRİ dövrünə təsadüf edir. Belə ki, bu hidroqovşaqların texniki layihələrinin tərtib edilməsinə 1977-ci ildə SSRİ və İranın bu sahədə ixtisaslaşmış qurumlarının əməkdaşlığı ilə başlanılmışdır. Hələ o zaman texniki layihələr Bakı Hidrolayihə İnstitutu tərəfindən 1981-ci ildə başa çatdırılmış və SSRİ-nin aidiyyəti qurumları tərəfindən təsdiq edilmişdir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanmış və həmin Sazişə əsasən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilmişdir. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılmış və layihələr yenidən işlənilmişdir.

Sonrakı dövrdə sözügedən qurğular üzrə işlər İran tərəfindən aparılıb. Azərbaycan Respublikasının həmin ərazilərdə və tikilən qurğular üzərində suveren hüquqlarının ikitərəfli sənədlə təsbit edilməsi məhz Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında 2016-cı il 23 fevral tarixində imzalanmış Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazişə əsaslanır.

Hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan sözügedən Saziş qarşılıqlı faydalı, iqtisadi və texniki əməkdaşlığı daha da inkişaf etdirməyi və möhkəmləndirməyi hədəfləyir. Nəzərə alınmalıdır ki, həmin Sazişdə BMT-nin məlum qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb.

Sazişə əsasən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadəsi ilə əlaqədar tərəflər birgə fəaliyyət göstərirlər və bu qurğuların mülkiyyəti Azərbaycan və İrana məxsusdur.

İran tərəfi sözügedən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini həmin Saziş əsasında həyata keçirir və bu Sazişin icrası məqsədilə tərəflərin birgə texniki komissiyası yaradılıb.

-“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının yerləşdiyi Azərbaycan Respublikasının ərazilərinin işğal altında olduğunu nəzərə alaraq, sözügedən Saziş üzrə fəaliyyətlər hansı formada tənzimlənir?

-Bir daha bildirirəm ki, bu və ya digər suallara cavabı Sazişin mətnində tapmaq olar. Qeyd olunmalıdır ki, Sazişin müddəaları həmin hidroqovşaqların qorunması və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və ya hüquqi şəxslərinə verilməsini qadağan edir. Həmin hidroqovşaqların su ehtiyatlarından istifadə edilməsi bərabərlik prinsipi əsasında həyata keçirilir və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaqdır. Bəndlərin birgə istifadəsi və idarəçiliyi Azərbaycan və İran arasında paritet əsaslarda formalaşan heyət tərəfindən yerində həyata keçiriləcək.

Həmçinin nəzərə alınmalıdır ki, hidroqovşaqlar və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasından irəli gələn məsuliyyət bərabər şəkildə Tərəflərin üzərinə düşür. Sazişə əsasən, İran İslam Respublikası mövcud şəraitdə BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək bu məsuliyyəti öz üzərinə götürür.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək, Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər.

Sonda onu da diqqətinizə çatdırım ki, sözügedən Sazişə uyğun olaraq, müştərək tarixi mirasımız olan “Xudafərin” körpüləri təmir və bərpa olunacaq, Dünya İrs Siyahısına salınması məqsədilə müvafiq sənədlər birgə hazırlanaraq qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim ediləcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR