Dərc edildi: Baxış sayı: 409
Səfir: 'Azərbaycanda bərpa olunan mənbələr üzrə elektrik enerjisinin maya dəyəri azalıb'
“Son illər Azərbaycanda bərpa olunan mənbələr üzrə elektrik enerjisinin maya dəyəri 22-25% azalıb”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.
“Hazırda Azərbaycanda bu sahədə 80 min insan işlə təmin edilib. Gələn ilin sonunda bu rəqəmin 175 min nəfərə çatacağını düşünürük”, - o bildirib.
Bundan başqa, səfirin sözlərinə görə, Hazırda Avropa İttifaqında istehsal olunan elektrik enerjisində bərpa olunan mənbələrin payı 32%-dir: “Tezliklə bu rəqəm 60%-ə çatacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət