Dərc edildi: Baxış sayı: 573
Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətlənir
NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunda iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda 2018-ci ilin yanvar-oktyabr aylarında sənaye məhsulunun dəyəri 0,6 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatının məhsulu 3.1 faiz, informasiya və rabitə xidmətlərinin dəyəri 1,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,9 faiz artıb. Bu müddətdə Sədərək rayonunda 4 milyon 100 min 300 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da ötən ilin müvafiq dövründəki göstəricini 0.6 faiz üstələyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət