Slimfit
  1. CƏMİYYƏT

Səbaildəki bu memarlıq abidəsi söküləcək? - Açıqlama

Səbaildəki bu memarlıq abidəsi söküləcək? - Açıqlama
Sakura

Səbaildəki bu memarlıq abidəsi söküləcək? - Açıqlama

Səbail rayonunun Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan doğum evinin binasının söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.

Ens.Az-ın məlumatına əsasən,bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.

Tarixi tiklinin damında və yararsız hala düşmüş hissələrində  təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.

Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq.

Xatırladaq ki, bina 1930-cu ildə inşa edilib. II Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyyət göstərib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR