"Səba" ASC-dan səhmlərlə bağlı açıqlama
“Səba” ASC-e haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. Daha doğrusu məlumatda yanlışlıq var. Bunu məsələ ilə bağlı Fins.az-a açıqlama verən “Səba” ASC-nin hüquqşünası Ramil Süleymanov bildirib.
O hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumatın doğru olmadığını bildirib.
“Bildirmək istəyirəm ki, Bakı Fond Birjasının rəsmi internet səhifəsində yerləşdirilən məlumatda texniki yanlışlıq olub. Belə ki, “Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil. Bu gün “Səba” ASC-nin bizə məlum olan bir səhmdarı malik olduğu 168 ədəd səhmi “Unicapital İnvestisiya Şirkəti” vasitəsilə digər bir şəxsə satıb. Həmin şəxs bizə məlum deyil. Səhmdarın adı Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini alacağımız zaman bizə məlum olacaqdır. Yəni, bir daha vurğulamaq istəyirəm ki, burada satış predmeti “Səba” ASC-nin tam səhm paketi deyil, yalnız səhmdarlardan birinin mülkiyyətində olan 168 ədəd adi səhmin alqı-satqısıdır”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət