Slimfit
  1. ƏDƏBİYYAT

Səadət Hacıyeva - Daşdəmir

Səadət Hacıyeva - Daşdəmir
Sakura

Səadət Hacıyeva - Daşdəmir

Nənənin Daşdəmir adında bir nəvəsi olur. Daşdəmir çox qoçaq və zəhmətkeş oğlan olur. Bir gecə Daşdəmirgildə hamı yatır. Nənəni isə yuxu aparmır. Bir də görür ki, iki nəfər xəlvətcə evlərinə girdi. Oğruları görən nənə özünü yuxuda sayıqlayan kimi göstərir. Oğrular arvadı kiritmək üçün qaranlıqda tapdıqları qaysıdan birini onun ağzına qoyurlar. Nənə qaysını çeynəyə-çeynəyə deyir:
– Ağzım dada gəldi, ağzın dada gəlsin.
Bu dəfə oğrular nənənin çənəsindən tutub qorxutmaq istəyirlər ki, kirisin. Nənə deyir:
– Vay çənəm, vay çənəm...
Oğrular deyir:
– Ay arvad, biz ki səni vurmadıq.
Nənə cavabında uzada-uzada deyir:
– Bəlkə vureydin, bəlkə vureydin.
Axırda oğrular nənədən əl çəkib əllərinə gələni yığmağa başlayırlar. Nənə isə yatağında öz-özünə söylənir:

Vay baldırım, vay baldırım,
Baldırıma tuman aldırım.
İçində bir oğlum olsun,
Adını qoyum Daşdəmir.
Çıxım yüksək təpə başına
Bağırım:
– Ay Daşdəmir, ay Daşdəmir...

Daşdəmir yuxudan dik atılıb soruşur:
– Nədi, ay ana, noldu?
Oğrular Daşdəmirin oyandığını görüb qorxularından yığdıqlarını da qoyub qaçırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR