Slimfit
  1. ƏDƏBİYYAT

Səadət Hacıyeva - Ağzım dada gəldi

Səadət Hacıyeva - Ağzım dada gəldi
Sakura

Səadət Hacıyeva - Ağzım dada gəldi

Allahqulugilin qonşuluğunda iki qardaş yaşayırdı. Onlar analarını çox sevirdilər. Allahqulu tez-tez qardaşlara gəlib-gedər, hal-əhval tutardı. Bir müddət sonra qardaşlar görürlər ki, anaları hər şeydən narazılıq edir. Qardaşlar, gəlinlər nə illah eliyirlər analarını razı sala bilmirlər. Axırda analarının dərdini soruşurlar. Məlum olur ki, anaları Allahquluya vurulub. Deyirlər:
– Ay ana, o, sənin oğlun yerindədi. Aləm bizə nə deyər? Bizi rüsvay eləmə.
Arvad əl çəkmir ki, əl çəkmir. Məni Allahquluya ərə verməlisiniz, vəssəlam!
Əlacı kəsilən qardaşlar bir gecə analarını götürüb bir mağaraya qoyurlar.
– Ana, səni Allahquluya veririk. İndi oğlan adamları gəlib səni götürəcəklər.
Qardaşlar gizlənib gözləyirlər. Fikirləşirlər ki, yuvasına qayıdan canavar arvadı boğar. Onlar da arvadı apararlar evlərinə. – Anamız öldü, – deyib basdırarlar.
Bir az keçir canavar mağaraya girir. Arvad canavarın gözlərinin parıldadığını görüb elə bilir ki, oğlan evi lopalarla onu aparmağa gəlib. Deyir:
– Gəldilər, ay gəldilər. Gəlini köçürməyə gəldilər.
Canavar arvadı iyləyir. Arvad elə bilir ki, Allahquludu, gülüb deyir:
– Anarı yeri, mənim qıdıqlanmaqdan xoşum gəlmir.
Bir az keçir, canavar dişləyir. Arvad deyir:
– Anarı yeri, öpməyin yox, qucaqlamağın yox, acı-acı dişləməyin var.
Qardaşlar dözə bilmirlər. Canavarı qovub analarını evə gətirirlər. Gecə hamı yatır, Allahqulunun məhəbbəti arvadı yatmağa qoymur. Bir də görür ki, evə oğrular girdi. Arvad başlayır yalandan zarımağa:
– Ay Allahqulu, ay Allahqulu, hoy...
Oğrular arvadı susdurmaq üçün tapdıqları ərikdən birini onun ağzına qoyurlar. Arvad deyir:
– Ağzın dada gəlsin, ay Allahqulu, ağzım dada gəldi. Ağzım ilan quyruğu dadırdı. 
Arvadın kirimədiyini görən oğrular onun ağzından əriyi çıxardılar ki, arvad bəlkə kiriyə. Arvad deyir:
– Ağzın zəhər dadsın, ağzım təzə dada gəlmişdi.
Yenə sayıqlayır:
– Ay Allahqulu, Ay Allahqulu, hoy...
O biri otaqda yatanlar səsə hay verdiyinə görə oğrular qaçmalı olurlar. Arvad dallarınca deyir:
Apardınız ha, boğazınızda qalar.
Hirslənən oğrulardan biri geri dönüb deyir: 
– Ay yazıq, nəyin vardı ki, nə aparaq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR