Slimfit
  1. MEDİA

SDU-nun rektoru Elxan Hüseynovun uğurları

SDU-nun rektoru Elxan Hüseynovun uğurları
Sakura

SDU-nun rektoru Elxan Hüseynovun uğurları

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN Rektoru: Elxan Hüseynov Hər hansı bir universitet haqqında danışarkən o universitetin yüksəlişi, inkişafı ilə bağlı məsələlər diqqəti çəkir ki, bunun arxasında isə universitetdəki səlahiyyətli şəxslər görkəmli rektorlar dayanır. Sumqayıt Dövlət Universitetinə gəldikdə isə, universitetin təkmilləşdirilməsində, inkişafında, yüksəlişində ilk növbə də Cənab rektor Elxan Bahadur oğlu Hüseynov dayanır. Elxan Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhər 18 saylı orta məktəbi, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. O, universiteti bitirdikdən sonra da elmi fəaliyyətini dayandırmamış öz üzərində daima çalışmışdır. Qeyd etmək lazımdır ki, Elxan Hüseynov 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent, 2017-ci ildə professor elmi adı almışdır. Çalışdığı vəzifələrə gəldikdə isə o, 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Həmçinin, Elxan Hüseynov diplomatik fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 8 avqust 2002-ci ildə ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir. 8 avqust 2002-ci ildən 15 yanvar 2010-cu ilə qədər Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir. Daha sonra isə yenidən Bakı Dövlət Universitetində 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri vəzifəsində işləmişdir. 2013-cü ilin dekabr ayında Sumqayıt Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilmişdir. 5 mart 2014-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. Mükafatları: "Tərəqqi" medalı (11.02.2000-ci il), - "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı (24.07.2009-cu il), "Şöhrət" ordeni (22.12.2017-ci il). Elxan Hüseynovun Universitetlə bağlı fəaliyyətlərinə gəldikdə isə o, universitetimizin beynəlxalq layihələrdə iştirakını, yeni innovasiyalarla təmin olunmuş proqramlara qoşulmasını təmin etmişdir. Universitetin abadlaşdırılmasına da xüsusi diqqət yetirmişdir. Həmçinin, tələbələrə və müəllimlərə də xüsusi dəyər verən bir şəxsiyyətdir. Onun verdiyi dəyəri bu minimallarla qeyd edə bilərik. Belə ki, Cənab rektor universitetdəki tələbələrin və müəllimlərin dil biliyini təkmilləşdirmək üçün də universitet daxili müxtəlif dillər üzrə linqivistika mərkəzi yaratmışdır. Müəllimlərin biliklərin daha da genişləndirməsi məqsədilə onların xarici universitetlərə seminarlara, təlimlərə göndərilməsini də təmin edir. Qeyd etmək lazımdır ki, cənab rektor Elxan Hüseynov tələbələrin dərsdəki fəaliyyətlərinə müəllimlərin dərs keçmə metodlarına xüsusi diqqət yetirir və dərslərdə xüsusilə özü iştirak edir. Həmçinin, o yeni dərs ilinin başlanması münasibətilə tədbir sonrası tələbəlin hər biri ilə görüşür onlarla müəyyən söhbətlər aparır və tələbələrin suallarına usanmadan cavab verir. Qeyd etmək lazımdır ki, rektor universitetdə keçirilən tədbirlərdə də tələbələri tək qoymur hətta tədbirdə iştirakına görə onlara təşəkkürnamə də təqdim edir. Elxan Hüseynovun universitet və tələbələr üçün yaratdığı şərait bir sözlə əvəz olunmazdır.

Elmin Tağıyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR