Slimfit
  1. CƏMİYYƏT

Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ

Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ
Sakura

Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ

Şirvanda "Dogruxeber.com" saytının baş redaktoru və redaktoru həbs olunublar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

Sayt rəhbəri, eyni zamanda baş redaktoru olan İlham Həsənov və oğlu, həmin saytda redaktor vəzifəsində çalışan Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacağı ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, onlar cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə istintaq davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR