Slimfit
  1. CƏMİYYƏT

Saxtalaşdırılan tariximiz: Xəritələrə nazirlik nəzarət etməlidir

Saxtalaşdırılan tariximiz: Xəritələrə nazirlik nəzarət etməlidir
Sakura

Saxtalaşdırılan tariximiz: Xəritələrə nazirlik nəzarət etməlidir

Xəritələrdə bəzi yanlışlıqların olması kimi hallara tez-tez rast gəlirik.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

“Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru Nazim Süleymanov deyir ki, belə səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır. Digər tərəfdən yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir.

Nazim Süleymanov – “Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru: “Qeyri-profesionallardır. Yəni, adi kompüter proqramında işləyən insanlardır. İnternetdən götürür və yaxud da ki, kağız xəritəni əldə edir, bunu skan edir. Ancaq xəritəçilik tamam başqa şeydir. Yerdəki real vəziyəti kağız üzərinə əks etdirmək və bunu düzgün cəmiyətə çatdırmaq lazımdır”.

Ekspertlərin sözlərinə görə, bu gün şagirdlərin istifadəsi üçün satılan əksər məktəb ləvazimatları, o cümlədən xəritələr, atlaslar, qlobuslar standartlara cavab vermir. Eyni zamanda müxtəlif nəşriyatların istehsalı olan bu ləvazimatlardakı səhv məlumatların şagirdlərə mənfi təsirləri ola bilər.

Buludxan Xəlilov – ADPU-nin kafedra müdiri: “Bu xəritələrin bəziləri Azərbaycan xalqının ziyanına olan xəritələrdir. İndi bu tipli xəritələri təhlil süzgəcindən keçirmədən, onları koordinasiya etmədən, uşaqlar da, şagirdlər də bunun mahiyətinə varmadan o xəritəyə baxırlar, ordakı şəkilləri öyrənirlər, təhrifli məlumatları əldə etmiş olurlar”.

Kamran Əsədov – Təhsil eksperti: “Təhsil Nazirliyi konkret olaraq tərəfindən yoxlama həyata keçirməlidir ki, hansı resurslar şagirdlər tərəfindən istifadə oluna bilər. Şagirdlər istənilən xəritəni gedib satış məntəqəsindən alıb gəlməməlidir. Bu konkret olaraq Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən təsdiq olunmuş bir ləvazimatlar olmalıdır”.

Bəs orta məktəblərdə şagirdlərin istifadə etdiyi ləvazimatlar hansı standartlara cavab verməlidir? Ümumiyətlə buna nəzarət hansı formada həyata keçirilir? Üz tutduq məktəb ləvazimatlarının satış müəssisəsinə. Məlum oldu ki, burdakıları xəritənin içindəki məlumatların səhv və ya doğru olmasından çox başqa məqamlar düşündürür.

Satıcı: “Əsas xəritələrin keyfiyyətini yoxlayırıq, onun yazıları, rəngləri solğun olmasın, içindəki saplar təmiz olsun və s.”.

Buludxan Xəlilov – ADPU-nin kafedra müdiri: “Bu xəritələr 100 dəfə nəzərdən keçirilməlidir. 100 dəfə ölçülüb-biçilməlidir. Nəinki xəritələr, adi informasiyalar var ki, şagirdlərin dəftərinin üzərində dərc edilir. Bunlar mütləq öyrənilməlidir”.

Nazim Süleymanov – “Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru: “Xəritələrdə təhriflər var. Tək xəritələrin sərhədlərində yox, rayonların yerləşməsində, adlarda, hidroqrafiyada təhriflər edilir. Tərtib edəndə diqqətli olmaları lazımdır ki, həmin o balaca bir səhv böyük bir problemlərə gətirib çıxarmasın”.

Mütəxəssislər hesab edir ki, tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır.

Mənbə: Big.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR