Slimfit
  1. SİYASƏT

Saxta səfər: ABŞ-da qarabağlı “xin rəhbəri” necə rüsvay oldu…

Saxta səfər: ABŞ-da qarabağlı “xin rəhbəri” necə rüsvay oldu…
Sakura

Saxta səfər: ABŞ-da qarabağlı “xin rəhbəri” necə rüsvay oldu…

Ermənistan mətbuatı və Rusiyanın erməniyönlü nəşrləri guya qondarma “dqr”in “xin rəhbəri”nin Amerika Birləşmiş Ştatlarına “işgüzar səfər” etməsi xəbərləri ilə dolub daşır. Bu məlumat heç bir halda informasiya yükü daşımır, çünki tanınmayan qurumun həqiqi olmayan nazirliyinin nümayəndəsinin hətta az tanınan dövlətin kiçik bir kəndinə belə turist səfəri etməsinə “işgüzar səfər” statusu verilə bilməz.

Axar.az xəbər verir ki, burada növbəti dəfə erməni təbliğat maşınının əsas prinsipi ortaya çıxır: “Əsas olan görüntü yaratmaqdır”. Çünki həqiqətən də məlumatsız oxucu informasiyanın mahiyyətinə varmayacaq və düşünəcək: “Doğurdan? İşgüzar səfər? ABŞ? Artsax? (Ermənilər Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini bu cür adlandırır – red.)”.

Əslində isə nə baş verir? Həqiqət odur ki, hətta Ermənistanın özünün də tanımadığı bu qanunsuz qurumun “nazirciyi” ABŞ-da yaşayan zəngin həmyerlilərinin yanına yollanıb.

Gəlin, ermənilərin özlərinin bu barədə nə yazdığına baxaq:

“Səfər çərçivəsində Masis Mailyan ABŞ Konqresində keçirilən tədbirdə əsas məruzəçi kimi çıxış edəcək”.

Reallıq budur ki, ABŞ Konqresində tədbir təşkil etmək üçün yalnız bir ermənipərəst konqresmen kifayətdir. Konqresə, tutaq ki, Ermənistanın Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilməsi istəyini ifadə edən sənəd təqdim edilir. Təbii ki, Konqres bu tədbirin keçirilməsini təsdiqləyir. Erməni diasporu qonaqları dəvət etməyə başlayır. Təşkilatçıların isə sözügedən tədbirdə tanınmamış qurumun qanunsuz “nazirliyi”nin də iştirak edəcəyini göstərməsinə zərurət yoxdur.

Gəlin, Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a bir qədər əvvəl baş tutan “Yüksək səviyyəli rəsmi səfər”ini xatırlayaq. İndi olduğu kimi, səfər ərəfəsində də erməni mətbuatı az qaldı ki, səfəri ölkə üçün “İlin hadisəsi” adlandırsın. Lakin sonradan məlum oldu ki, Paşinyanı ABŞ-ın heç bir rəsmi şəxsi, heç bir dövlət orqanı qəbul etməyib...

Erməni mətbuatının mətnlərində daha sonra “gözlənilən” sözlərə rast gəlinir: “XİN rəhbəri həmçinin erməni diaspor təşkilatlarının nümayəndələri ilə də görüşəcək. O, eyni zamanda Ermənistanın ABŞ-dakı səfiri Varucan Nersisyanla və səfirliyin diplomatik korpusunun əməkdaşları ilə də görüşəcək”.

Elə bunu da sübut etmək lazım idi: buradan “işgüzar səfər” qoxusu gəlmir, bütün bunlar sadəcə tayfa toplantısıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR