Slimfit
  1. AZƏRBAYCAN

Sarkisyandan Paşinyana Qarabağ xəbərdarlığı

Sarkisyandan Paşinyana Qarabağ xəbərdarlığı
Sakura

Sarkisyandan Paşinyana Qarabağ xəbərdarlığı

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxaq təzyiqlərə qarşı durması üçün parlamentdə güclü müxalifətə ehtiyacı var. 

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan “Facebook”dakı səhifəsində bəyan edib.
“Digər vasitələrlə yanaşı, parlament diplomatiyası xarici siyasətdə güclü alətdir. Təhlükəsizlik və müdafiə məsələlərində sizin (Paşinyan) bitərəf, konsensus qərarlar axtarmağınız lazımdır. Bu isə yalnız debatlar və konstruktiv və təcrübəli komanda ilə əməkdaşlıq əsasında mümkündür”, – V.Sarkisyan yazıb.

Sabiq prezident Serj Sarkisyan komandasının üzvü olan müdafiə nazirinin rəqib Paşinyana bu çağırışı və məsləhətini çoxları təəccüblə qarşılayıb. Lakin erməni ekspertlərə görə, Sarkisyan bununla ən azı Paşinyan hökumətinin gələcəkdə Qarabağ münaqişəsilə bağlı ata biləcəyi səhv addımlar və bunun Ermənistan üçün mənfi nəticələri barədə xəbərdarlıq edib. Çünki əgər Paşinyan növbədənkənar seçkilərlə parlamenti əsasən öz tərəfdarları ilə doldursa, nə zamansa münaqişənin həlli üçün qəti addımlar atmağa məcbur ediləndə onun verəcəyi qərarı parlamentin rədd etməsi absurd görünəcək və Ermənistana təzyiqlər daha da artacaq. Odur ki, digər siyasi qüvvələrin parlamentdəki cüzi mandatı ilə İrəvan Qarabağ məsələsində bu cür manevr imkanından məhrum ola bilər. 

Bu səbəbdən erməni ekspertlərin fikrincə, Sarkisyan əslində Paşinyana “öz hakimiyyətini gücləndirmək naminə Ermənistanın təhlükəsizliyində başlıca məsələ olan Qarabağ münaqişəsilə bağlı faydalı rıçaqı qurban vermə” mesajını verib. Və bu, məsləhət yox, xəbərdarlıqdır. Çünki bundan əvvəl də Respublikaçılar Paşinyanın oyunlarına qarışmayacaqlarını, yalnız yeni hökumət Dağlıq Qarabağ münaqişəsində səhvə yol verərsə ciddi hərəkətə keçəcəklərini bəyan etmişdi. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR