Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Şar üfürmək olmaz - Pulmonoloqdan XƏBƏRDARLIQ

Şar üfürmək olmaz - Pulmonoloqdan XƏBƏRDARLIQ
Sakura

Şar üfürmək olmaz - Pulmonoloqdan XƏBƏRDARLIQ

Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.

Ens.az Publika.az-a istinadla xəbər verir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.

Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.

O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR