Slimfit
  1. MARAQLI

Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa

Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa
Sakura

Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa

Saqqız həqiqətən ağız boşluğunu bakteriyalardan təmizləməyə kömək edir.

Saglamolun.az xəbər verir ki, Hollandiya alimləri saqqızın ağız boşluğunda yaşayan bakteriayalara təsirini araşdırmaq üçün xüsusi eksperiment aparıblar.

Eksperiment zamanı mütəxəssislər aşkar ediblər ki, ilk 1 dəqiqə ərzində saqqız ağız boşluğunu milyonlarla bakteriayadan təmizləyir və bunu hətta diş fırçasından da yaxşı edir. 

Lakin 1 dəqiqədən sonra saqqızı atmaq lazımdır ki, bu müddətdən sonra saqqıza yapışmış bakteriyalar yenidən ağız boşluğuna qayıdır.

Uzun müddət və xüsusilə acqarına saqqız çeynəmək mədə-bağırsaq sistemi xəstəliklərinin inkişafının riskini xeyli artırır. Çeynəmə prosesi başlayanda həzm sistemində müəyyən proseslər başlayır -  mədə şirəsi, fermentlər və s. ifraz olunur. Əgər həzm sisteminə heç nə daxil olmazsa, şirə və turşular həzm orqanlarına mənfi təsir etməyə başlayır.    

Bu səbəbdən tez-tez və uzun müddət ərzində saqqız çeynəyən insanlar köp, qarın ağrıları və sancıları, gəyirmə və s. kimi pozulmalardan əziyyət çəkir.

Saqqız çeynəyən insanın tüpürcək vəziləri yükləmə ilə işləyir. Nəticədə onlarda tükənmə inkişaf etməyə başlayır ki, tüpürcək daha az ifraz olunur. Bu isə həm selikli qişaların qurumasına, həm həzm proseslərinin pozulmasına, həm də diş və ağız boşluğu problemlərinə səbəb olur.

Saqqızın növbəti zərərini sizə təqdim edək. Çeynəmə əzələlərinin daim stimullaşdırılması nəticəsində çənə böyüyür və "kvadrat" formasını alır. Bu xüsusilə uşaqlara aiddir ki, onların orqanizmi sürətlə böyüyür və dəyişilir.      

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR