Slimfit
  1. MARAQLI

Saqqalın qəribə tarixi

Saqqalın qəribə tarixi
Sakura

Bu gün 5 kişidən azı 2-si saqqal saxlayır

Bu gün 5 kişidən azı 2-si saqqal saxlayır.

Publika.az xəbər verir ki, qədim xalqlar arasında da saqqal saxlamaq kişilik, müdriklik göstəricisi olub. Hətta kişini alçaltmaq üçün saqqalı kəsilər, "saqqalından utan" kimi ifadələrlə təhqir olunardı. Şekspir bu haqda “saqqallı kişi digərlərindən bir addım öndədir” deyirdi.

Qədim qızıldərililər hesab edirdilər ki, yaşıl və mavi rəngə boyanmış saqqal onlara əvəzedilməz cazibə bəxş edir. Pəncablılarsa saqqallarını buruq dəmir ətrafında fırladaraq, toplayırdılar. Yalnız əlamətdar günlərdə saqqallarını açıb, bayrama qatılırdılar. Qədim monqollar üzlərində az tük çıxmağına baxmayaraq, saqqal sevdasından dönmürdülər. Bu siyahıya qədim çinliləri və yaponları da aid edə bilərik. Misirdə saqqal saxlamaq icazəsi ancaq yüksək vəzifəli məmurlara verilirdi. Fironlar isə mütləq saqqallı olmalı idilər. Çünki üzdəki tük hakimiyyətin rəmzi sayılırdı. Hətta fironun xanımına da rəsmi görüşlərdə xüsusi hazırlanmış saqqal taxılardı. Antik Yunanıstanda da vəziyyət fərqli deyildi. Həddi-buluğa çatan oğlanlar saqqal uzadaraq, seksual zorakılıqdan qurtulur, eyni zamanda, böyüdüyünü sübut edirdi. Afinalılar saqqalsız gəzən kişlərə rişxəndlə yanaşırdılar. Hətta dünya tarixinin ilk kinik (it kimi yaşamağı seçən) filosofu Diogen saqqalsız gənc görəndə, ondan qadın deyil, kişi kimi yarandığı üçün təbiəti məhkəməyə vermək istəyirmi deyə, soruşurdu.

Картинки по запросу борода в древности

 

Saqqal məfhumu Spartada daha kəskin anlayış idi. Belə ki, döyüşə gedən spartalı əsgər mütləq üzündəki tükləri qırxmalı idi ki, düşmənə məğlub olarsa, hər kəs onun üzünü görüb, ifşa etsin. Makedoniyalı İskəndər isə öz üzündə tük az bitdiyi üçün döyüşçülərini də bu zövqdən məhrum qoymuşdu. Səbəb kimi isə düşmən əsgərlərinin savaş zamanı saqqaldan yapışıb rəqibini məğlub edə biləcəyini göstərirdi. Görürsünüzmü, paxıllıq yalnız biz qadınlara məxsus hiss deyilmiş.

Qədim Romada yeniyetmələrin ilk saqqalı qırxılıb, tanrılara "qurban" verilərdi. Buna baxmayaraq, eramızdan əvvəl 155-ci ildən etibarən romalılar arasında "filosof saqqalı" deyilən anlayış meydana gəldi. Bu dəbi Aristotelin və Platonun tələbələri Yunanıstandan gətirmişdilər. Gənc filosofların səliqə ilə düzən verilmiş uzun saqqalları romalıların elə xoşlarına gəldi ki, onlar da bu tərzi sınaqdan keçirməyə başladılar. O vaxtdan “filosofun mütləq saqqalı olmalıdır” ifadəsi yarandı. Özü də filosoflar saqqalı fərqli görünmək üçün deyil, həyat tərzi, vücudun ayrılmaz hissəsi kimi qəbul edirdilər. Hətta saraydan qovulan filosof Epiktet deyirdi ki, hökmdar mənim başımı kəsə bilər, amma saqqalıma toxunmağa əsla haqqı yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR