Slimfit
  1. GÜNDƏM

Sapı özümüzdən olan baltalar erməni təbliğatını aparırlar? - Gürcüstanda erməni fitnəsi...

Sapı özümüzdən olan baltalar erməni təbliğatını aparırlar? - Gürcüstanda erməni fitnəsi...
Sakura

Sapı özümüzdən olan baltalar erməni təbliğatını aparırlar? - Gürcüstanda erməni fitnəsi...

Erməni mətbuatında Azərbaycan əleyhinə təbliğatın olması təbiidir. Amma, Aravot saytında növbəti anti Azərbaycan yazısında diqqətimizi cəlb edən məqam məqalə müəllifinin Rəhim Şaliyev olması və yazıda azərbaycanlılara istinad edilməsi oldu. Yazı OC Media nəşrindən götürülüb. OC Media (Open Caucasus Media) nəşrində dərc olunan yazını erməni mətbuatı olduğu kimi verib. Yazıda Gürcüstanda yaşaşyan azərbaycanlılara Azərbaycandan göndərilən 3488 ədəd kitabdan danışılır və narahatlıqla qeyd olunur ki, kitabxanalara göndərilən bu kitabların içərisində ermənilərə nifrət aşılayan kitablar var və bu düzgün deyil. Məqalə müəllifi Rəhim Şaliyevin həmin kitablardan, hətta qəzetlərimizdən  sitat gətirməsindən məlum olur ki, o dilimizi yaxşı bilir və çox güman ki, milliyyəti də azərbaycanlıdır. 
 
Müəllif erməni tarixinin təhrifindən, ermənilərin düşmən kimi təqdim olunmasından narahatlığını bildirir və fikirlərini də Gürcüstanda yaşayan azərbaycanlıların mövqeyi ilə təsdiqləyir. Onun istinad etdiyi azərbaycanlılar da bu işdən “dəhşətə gəldiklərini" bildirirlər. Konkret olaraq məqalədə adları çəkilən Gürcüstan azərbaycanlıların fikirlərini nəzərinizə çatdırırıq:
 
Rəhim Şaliyev: ”Azərbaycan Gürcüstandakı kitabxanalara ermənilərə qarşı nifrət dolu kitablar göndərir. Kitabxanaların özləri burda xüsusi problemlər görmədiyinə baxmayaraq, bəzi gürcüstanlı azərbaycanlılar bunun etnik gərginlik yarada biləcəyindən qorxurlar. Gürcüstan azərbaycanlısı İmran Qafarov Marneuli kitabxanasında  - Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları və ermənilərə  nifrət dolu bir kitab aşkar edəndə, o, gözlərinə inanmayıb. İmran Qafarov deyir: "Marneuli kitabxanasını ziyarət edərkən Əziz Ələkbərli tərəfindən yazılmış "Qərbi Azərbaycan abidələri "kitabını gördüm. Düşünürdüm ki, kitab Azərbaycanın qərbindəki tarixi abidələr haqqında olacaqdır. Ancaq kitab oxuduğumda kitabın Ermənistanın abidələrinə aid olduğu aydın oldu. Kitabda ermənilərə qarşı düşmənçilik hissəsi var idi", deyə OC Media-ya fikrini bildirib.
 
Məqalə müəllifi başqa bir azərbaycanlını da danışdırıb və faktiki olaraq onun da göndərilən kitablara etirazını təqdim edib. Baxın, Aida Tağıyeva adlı Gürcüstan azərbaycanlısının  bizə qarşı mövqeyi nədən ibarətdir:
 
Etnik azərbaycanlı və Gürcüstanın ictimai xadimi Aida Tağıyeva kitabxanalardan nifrətlə dolu olan bu cür kitabların çıxarılacağına inanır.
"İnsanları "aşağı dərəcəli" və ya "ikiqat üzlü " adlandırmaq yanlışdır. Gürcüstan dövləti bu cür kitabların Gürcüstana idxal edilməsinə icazə verməməlidir", - deyə Tağıyeva OC Media-ya bildirib.
Onun sözlərinə görə, bu cür kitablar Gürcüstanda yaşayan azərbaycanlılara "psixoloji təsir" göstərir.
"Azərbaycanın təzyiqi nəticəsində Gürcüstan azərbaycanlılarının təxminən 80% -i hazırda ermənilərə qarşı müəyyən nifrət hissi bəsləyirlər. Bunun səthi olduğu aydın deyilsə də, müəyyən kontekstlərdə hiss olunur. Belə kitablar bu təzyiqləri artırır ", - Tağıyeva bildirib.
O, həmçinin qeyd edib ki, bu təzyiq Azərbaycan siyasətinin tərkib hissəsidir.
 
"Azərbaycan hökuməti bizi özünün tərkib hissəsi kimi görür. Ermənilərə qarşı Gürcüstan azərbaycanlılarının nifrəti onların işinə yarayır. Burada bir qarşıdurma ortaya çıxsa, onlar bundan öz maraqları naminə faydalanacaq" - Tağıyeva deyir. Bununla yanaşı, o əlavə edib ki, Gürcüstan müharibə dövründə Azərbaycan çox əziyyət çəkdiyini başa düşür.
 
"Biz təəssüf edirik və biz həmişə Xocalı soyqırımını qınayırıq. Ancaq ədalət nifrətdən doğmaz. Bu, o demək deyil ki, biz Gürcüstanda ermənilərlə düşmən olmalıyıq”. 
  
Yazını oxuyanda adamın inanmağı gəlmir. Bu məqalə konkret olaraq erməni mətbuatı üçün yazılmayıb. Qeyd etdiyimiz kimi Qafqaz regionunda baş verən hadisələr OC Media-nın əsas hədəfidir. Təəccüb doğuran məqalə müəllifinin və məqalədə Azərbaycanı ittiham edənlərin azərbaycanlı olmasıdır. Bu yazını təqdim etməklə hesab edirik ki, Bakıda yaşayan və Borçalı ilə sıx əlaqəsi olan vətəndaşlarımız, əslən gürcüstanlı soydaşlarımız bu şəxslərin kimliyini dəqiqləşdirib, onlara layiq olan cavabı verəcəklər.
Baş verənlərin daha bir erməni oyunu olması və qəsdən azərbaycanlıların adından sui-stifadə edildiyi də üzə çıxsa, bu məkrli planı ifşa etmək üçün də həm Gürcüstan əslli soydaşlarımız, həm də müvafiq qurumlarımız bu istiqamətdə ciddi iş apararaq erməni fitnəsinin fəsadlar törətməsini önləməlidirlər.
 
Moderator.az-ın analitik qrupu
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR