Dərc edildi: Baxış sayı: 253
Sanksiyalar işləmir, Rusiya iqtisadiyyatı daha da güclənir
Rusiyaya qarşı sanksiyalar işə yaramır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya İcmalar Palatasının Xəzinədarlığının Seçki Komitəsinin sədri Harriet Bolduin danışıb.
“Sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmadığına dair konsensus var. BVF (Beynəlxalq Valyuta Fondu) bu il onun ən güclü iqtisadiyyatlardan birinə çevriləcəyini proqnozlaşdırır", - Bolduin bildirib.
Komitə rəhbəri iddia edir ki, sanksiyalar nə qədər uzun müddət davam edərsə, onlardan yan keçməyin yolları bir o qədər çox görünür.
O bildirib ki, Rusiya neftinin qiymətinə tətbiq olunan sanksiya da effektli nəticə vermir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət