Slimfit
  1. TEXNOLOGİYA

Saniyədə 7 Gbit yükləmə sürəti yeni 5G modemi

Saniyədə 7 Gbit yükləmə sürəti yeni 5G modemi
Sakura

Saniyədə 7 Gbit yükləmə sürəti yeni 5G modemi

Fins.az-ın məlumatına görə. ötən ilin sonunda Qualcomm şirkəti smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon X50 adlı özünün ilk 5Gmodemini təqdim etmişdi. Baxmayaraq ki, 5G şəbəkəsi hələ test rejimində çalışır və onun dəstəyini əldə edəcək smartfonlar hələ satışa çıxmağa hazırlaşırlar, Qualcomm şirkəti öz 5G modeminin ikinci nəslini təqdim edib. Söhbət, Snapdragon X55 adlı 5G modemdən gedir. Bu barədə Gagadget saytı xəbər verib. Yeni 5G modemin əsas özəlliyi isə onun yükləmə sürətindədir. Belə ki, Snapdragon X55 modemi saniyədə 7 Gbit yüklənməni təmin edir. Keçən ilin sonunda təqdim edilmiş Snapdragon X50 modemi isə saniyədə 5 Gbit yüklənməni təmin edir. Bununla yanaşı Snapdragon X50 modemi yalnız smartfonlar və Wi-Fi şəbəkələri üçün hazırlanıb. Lakin Snapdragon X55 modeminin istifadə sahəsi daha genişdir: Flaqman smartfonlar, stolüstü kompüterlər, mobil internet şəbəkələri, noutbooklar, planşetlər, artırılmış reallıq cihazları və avtomobil sistemləri.Snapdragon X55 modeminin digər özəllikləri arasında həmçinin 5G-ə 6 GHz-dən aşağı tezlik diapazonu üçün adaptiv antenlərin dəstəyi, Qualcomm mmWave adlı yeni anten modulları ilə uyğunlaşma, avtonom 5G şəbəkələrinin dəstəyi və müxtəlif tezliklərdə eyni anda məlumatların qəbul olunması ilə göndərilməsi üçün nəzərdə tutulmuş Frequency Division Duplex (FDD) texnologiyasının dəstəyi var. Yaxın müddət ərzində Qualcomm şirkəti yeni Snapdragon X55 modemini əməkdaşlıq etdiyi şirkətlərə göndərəcək. Lakin bu modem ilə təchiz olunacaq smartfonları yaxın zamanda gözləmək lazım deyil. Həmin smartfonlar yalnız ilin sonuna yaxın təqdim olunacaqlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR