Dərc edildi: Baxış sayı: 409
Samuxda arıçılığa maraq ildən-ilə artır
Samux rayonunda ənənəvi sahələrdən olan arıçılığa maraq ildən-ilə artır. Hazırda rayonda 892 arı ailəsi mövcuddur. Bunun 853-ü əhali təsərrüfatlarında saxlanılır.
Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son 3 ildə rayondakı arı ailələrinin sayı 468 ədəd artıb.
Gündüz Bayramov deyib ki, Samux rayonunun münasib iqlim xüsusiyyəti bu sahənin inkişafına əlverişli şərait yaradır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət