Slimfit
  1. AZƏRBAYCAN

Samuxda 400 hektardan pambıq yığılacaq

Samuxda 400 hektardan pambıq yığılacaq
Sakura

Samuxda 400 hektardan pambıq yığılacaq

Vaxtilə pambıq istehsalına görə respublikada böyük şöhrət qazanmış Samux rayonunda bu sahəyə diqqət yenidən artıb. 2018-ci ildə rayon üzrə 400 hektar pambıq əkilib. Bu, 1992-ci ildən bəri rayonun tarixində ən yüksək göstəricidir.

Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 10-15 gündən sonra rayonda pambıq yığımına başlanılacaq.

Mövsüm ərzində sahələrə yüksək aqrotexniki qulluq göstərilib. Bunun nəticəsində bu il bol məhsul gözlənildiyini deyən Gündüz Bayramov qeyd edib ki, növbəti illər üçün rayonda pambıq əkini sahələrinin artırılacağı nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR