"Samsunq" 6G sahəsində tədqiqatlara başladı
“Samsunq Elektroniks” korporasiyası Seulda yerləşən elmi mərkəzində altıncı nəsil rabitə texnologiyası (6G) sahəsində tədqiqatlara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Yonhap informasiya agentliyi məlumat yayıb.
“Telekommunikasiya texnologiyaları standartları ilə məşğul olan mütəxəssislər komandasını genişləndirmişik. Onlar 6G sahəsində tədqiqatlara başlayıblar”, - deyə korporasiyanın nümayəndəsi bildirib.
“Samsunq Elektroniks” korporasiyasının tədqiqat qrupu 6G texnologiyası ilə yanaşı, süni intellekt və robotların hazırlanması işləri ilə də məşğul olacaq.
Qeyd edək ki, aprelin 4-də Koreya Respublikası beşinci nəsil mobil rabitənin kommersiya istifadəsinə başlayan ilk ölkə olub. Onun məlumat ötürmə sürəti saniyədə 25 geqabayta çatır. Belə göstərici 8K videosunu (Ultra HD) canlı yayımlamağa imkan verir. 6G standartının 2025-dən tez olmayaraq beşinci nəsil rabitənin yerinə keçəcəyi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət