Slimfit
  1. TEXNOLOGİYA

Samsung yeni ağıllı dinamik layihələndirir

Samsung yeni ağıllı dinamik layihələndirir
Sakura

Samsung yeni ağıllı dinamik layihələndirir

İnternet mənbələrin məlumatına görə, Samsung şirkəti Bixby adlı intellektual səs köməkçisi olan yeni “ağıllı” dinamik layihələndirir.

Xatırladaq ki, ötən ilin avqust ayında cənubi Koreya nəhəngi Galaxy Home adlı ağıllı dinamiki təqdim etmişdi. Bu cihaz sabvuferli AKG audio sistemi, həmçinin istənilən şəraitdə səs əmrlərinin dəqiq tanınması üçün səkkiz mikrofondan ibarət massivlə təchiz olunmuşdur. Doğrudur, qadcetin satışına hələ də başlanılmayıb.

Galaxy Home cihazı premium səviyyəyə aiddir, buna görə də onun qiyməti 300-400 ABŞ dolları ola bilər. İndi isə məlum oldu ki, Samsung bir az ucuz ağıllı dinamik layihələndirir.

Hazırlanan “ağıllı” dinamikin kod adı SM-V130-dur.  Müqayisə üçün: Galaxy Home SM-V510 model nömrəsinə malikdir.

Layihələndirilən cihazın xarakteristikaları haqqında məlumat demək olar yoxdur. Ancaq onun qara rəngdə olması, istifadəçilərin isə Bixby 2.0 səs köməkçisi ilə qarşılıqlı əlaqədə olması bildirilir.

Görünür, yeniliyin qiymətini aşağı salmaq üçün Galaxy Home-da olan bir neçə komponentdən məhrum olacaq: sabvufer və bir neçə mikrofon.

Ağıllı dinamikin anonsu bu ilin yanvar ayında Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək Consumer Electronics Show (CES) beynəlxalq istehlakçı elektronikası sərgisində baş tuta bilər. 

 

Mənbə: 3dnews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR