Slimfit
  1. TEXNOLOGİYA

“Samsung” şirkəti 2019-cu ilin birinci yarısında “5G” smartfonunu təqdim edəcək

“Samsung” şirkəti 2019-cu ilin birinci yarısında “5G” smartfonunu təqdim edəcək
Sakura

“Samsung” şirkəti 2019-cu ilin birinci yarısında “5G” smartfonunu təqdim edəcək

Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti ABŞ-ın “Verizon” mobil rabitə operatoru ilə birgə 2019-cu ilin birinci yarısında “5G” texnologiyasını dəstəkləyən smartfon təqdim etməyi planlaşdırırlar.

NUHÇIXAN “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, hər iki şirkət bu həftə Havayda keçiriləcək “Qualcomm Snapdragon” sammitində iştirak edəcək. Sammitdə beşinci nəsil şəbəkəsini dəstəkləyən “Qualcomm X50” modemi ilə təchiz edilmiş smartfonun nümayişi gözlənilir.

Bundan başqa, “Samsung” şirkəti “5G” texnologiyasını dəstəkləyən “Exynos 5100” adlı modem hazırlayır. Sözügedən modem, çox güman ki, “Samsung Galaxy S10” smartfonunda tətbiq ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR