Slimfit
  1. TEXNOLOGİYA

Samsung Red Bull üslubunda Galaxy S9 məhdud seriyasını təqdim etdi

Samsung Red Bull üslubunda Galaxy S9 məhdud seriyasını təqdim etdi
Sakura

Samsung Red Bull üslubunda Galaxy S9 məhdud seriyasını təqdim etdi

Samsung Electronics “Vodafone Niderland” ilə birgə Red Bull “Formula-1” komandasına həsr olunmuş məhdud seriyalı Galaxy S9 və S9+ təqdim edib. Zahirən eksklüziv modellərin standart modelli smartfonlardan heç bir fərqi yoxdur, amma daha geniş təchizat dəstinə malikdir.

Məhdud seriyalı smartfonlar Red Bull Ring loqotipli eksklüziv çexollarla və xüsusi versiyalı proqram təminatı ilə komplektləşdirilir. Sonuncu özündə bir neçə yeni rəng sxemləri və yarışçıların və avtomobillərin fon şəkilləri ilə yarış üslubunda yerinə yetirilmiş yeni piktoqramları birləşdirir.

Anons videosunun məzmununa görə məhdud Galaxy S9 kolleksiyasının bütün dəyərini NFC modullu çexol təşkil edir. Məhz o smartfonla simsiz bağlantı quraşdıraraq ona yarış üslubunda üslublaşdırılan yenilənmiş shell-in yüklənmə linkini ötürür.

“Yarış üslublu” Galaxy S9 və S9+ “Vodafone Niderland”-da onlayn pərakəndə formasında satın alınması mümkündür. Smartfonlar operatorun imtina edilməsi mümkün olmayan iki tarif planından biri ilə birlikdə yayılır. Vodafone xidmətlərinin istifadəsi üzrə müqavilənın bağlanması zamanı alıcı hədiyyə olaraq “Formula-1”-ə 2 bilet əldə edir.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Android Insider

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR