“Samsung”, ekran probleminə görə “Galaxy Fold”-un buraxılışını təxirə salır
“Samsung”, qatlama ekranlı, 2000 dollar dəyərində olan ilk flaqman smartfon “Galaxy Fold”-un buraxılışını təxirə salıb.
Bu yaxınlarda məlum olub ki, “Samsung” şirkəti Çində “Galaxy Fond”-un satışa çıxarılması ilə bağlı tədbiri təxirə salıb. Bu, smartfonları yoxlayan mütəxəssislərin, onun displeyində bir sıra problemlərin olduğunu aşkara çıxarmasından sonra baş verib.
Fevralın sonu “Samsung” dünyada ilk dəfə olaraq qatlanan ekranlı smartfonu, “Galaxy Fold”-u təqdim edib. Model 7,3 dyüm diaqonallı, çərçivəsiz, qatlanan ekranla təchiz olunub və onun sayəsində smartfon kompakt cihaz halına salına bilir. ABŞ-da o, 1,98 min dollara satılacaq.
Yoxlama üçün, bükülən smartfonları əldə edən jurnalistlərin bəziləri onu istifadə etməyə başladıqları ilk gündən etibarən bir neçə gün ərzində artıq dərhal ekranla bağlı problemlərlə üzləşiblər. Xüsusilə, Bloomberg-in müxbiri Mark Garman deyib ki, testə başlayandan iki gün sonra ekran tamamilə sıradan çıxıb. Onun fikrincə, problem onunla əlaqəli ola bilər ki, o telefonun qoruyucu üzlüyünü çıxarıb, halbuki onu çıxarmaq olmazmış. Twitter-dəki hesabında verdiyi məlumatda o bunu bilərəkdən etmədiyini deyib və bir qədər sonra “Galaxy Fold”-un ekranının tamam işləməməsi barədə şəkil də paylaşıb.
Eyni və ya oxşar problemlərlə Marques Brownlee, “The Verge”-dən Dieter Bonn və CNBC-nin müxbiri Steve Kovach da rastlaşıblar.
Və bugün “Samsung” rəsmi şərh yayımlayıb:
“Bir çox müxbirin təqdim olunan cihazda böyük potensial görməsinə baxmayaraq, bəziləri də həmçinin onun daha da təkmilləşdirilməsinə ehtiyac duyulduğunu bildiriblər. Buna görə də onun yenidən testdən keçirilməsi və istifadəsində daha yaxşı təcrübəyə malik olunması üçün “Galaxy Fold”-un buraxılış tarixi dəyişdirilib. Yeni tarix qarşıdakı həftələrdə açıqlanacaq.
Displeydə yaranan problemlə əlaqəli araşdırmanın ilkin nəticələri onu göstərib ki, bu, qatlanan mexanizmin üst və alt hissələrinin açılmasına təsir etməklə əlaqəli ola bilər. Həmçinin, belə hallar da ola bilər ki, cihazın komponentləri displayın işinə təsir göstərmiş olsun.
Biz smartfonun display-i üçün qoruyucu tədbirlər görəcək və alıcıların, əsas diqqəti onu üzlüklə işlətmənin özəlliklərinə yetirmələrinə çalışacağıq.
Müştərilərimizin inamı şirkətimizin əsas prioritetlərindəndir. Biz bu sahənin inkişafı üçün əməkdaşlarımız və müştərilərimizlə effektiv birliyə yüksək qiymət veririk. Biz hamıya anlayış və səbr üçün təşəkkür edirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət