Dərc edildi: Baxış sayı: 775
Salyanlı Vəlican - Gizlənir
Səbzələr söynəşir bahar çaqında,
Mehlər əsişəndə bağda gizlənir,
Bülbül arzu çəkər gül həsrətinə,
Çi fayda yanında zağda gizlənir.
Bu dünyaya gələn eylərdi həvəs,
Bu sevda səndədir ya fəryadi rəs,
Gəldi naqə xəbər gətirdi çərəs,
Dedi: gördüm, Məcnun dağda gizlənir.
Cümlə aləm gedər, iymandır yoldaş,
Nə ata, nə ana, nə qohum-qardaş,
Kəfən yaş, qəbir yaş, vay başıma daş,
“Vəli”, cismin bu torpaqda gizlənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət