Dərc edildi: Baxış sayı: 792
Salyanda qasırğa inəyi uçurdu
Salyanda anidən baş verən qasırğa evin dam örtüyünü və düyəni (inəyin 1-1,5 yaş balası) uçurub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, qasırğa bu gün günorta saatlarında Salyan rayonunun Kürsəngi kəndində baş verib.
Qasırğa üç dəqiqə davam edib. Nəticədə, kənd sakini Həsənov Qahir Rafiq oğluna məxsus evin dam örtüyünü yerindən qopararaq uçurub.
Uçulmuş dam örtüyü 30 metr aralı düşüb.
Digər kənd sakininə məxsus düyəni isə qasırğa 25 metr məsafəyə uçuraraq tullayıb. Təbii fəlakət zamanı xəsarət alan olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət