Şalva Papuaşvili: Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışı “utancverici və iyrənc”dir
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa Parlamentinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək çağırışını “utancverici və iyrənc” adlandırıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu məsələ ilə bağlı Ş.Papuaşvili partiyanın ofisində mətbuat konfransı keçirib və belə bir qətnamənin seçkilərə az qalmış qəbul edilməsini “seçicilərin iradəsinin formalaşmasına təsir etmək cəhdi” adlandırıb.
Onun sözlərinə görə, qətnamənin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi çağırışını ehtiva edən hissəsi hiddət doğurur, Mixail Saakaşvili ilə bağlı yazılanlar isə utancvericidir.
Eyni zamanda, Papuaşvili xarici oyunçuları “seçkilərin xarici təsirdən azad şəkildə keçirilməsi suveren hüququ"na hörmət etməyə çağırıb.
“Avropa Parlamentinin Gürcüstanla bağlı dünən müzakirə etdiyi və bu gün qəbul edəcəyi sənəd Ukraynada müharibə başlayandan bəri dördüncü qətnamədir. Gürcü xalqı artıq qəbul edib ki, Avropa Parlamentinin son qətnamələri şəxsi hücumlar və saxta cəhdlərlə xarakterizə olunur", - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət