Saleh Məmmədov Gəncədə vətəndaşları qəbul edəcək
Dekabrın 20-də, saat 10-da Gəncə şəhərində “Heyər Əliyev Mərkəzi”nin inzibati binasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən Gəncə şəhəri, Göygöl və Samux rayon sakinlərinin qəbulu keçiriləcək.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyənlər Gəncə şəhəri “12 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-də əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Sakinlər qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət