Slimfit
  1. SİYASƏT

Saleh Məmmədov: “Bu il Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq”

Saleh Məmmədov: “Bu il Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq”
Sakura

Saleh Məmmədov: “Bu il Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan” qəzetində dərc edilən “Zəfər yollarının qüdrətli qurucusu” adlı yazısında deyib.

S. Məmmədov, o cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib: “Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur”.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci il oktyabrın 3-də uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu, 2021-ci il noyabrın 7-də uzunluğu 101,5 km olan Zəfər yolu istifadəyə verilib. 2022-ci ilin oktyabrında Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin, 2023-cü ilin mayında isə 8,2 kilometrlik hissəsinin açılışı olub. 2022-ci ildə həmçinin Laçın şəhərinə daxil olmadan 22 km-lik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılıb. 2023-cü ilin may ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirildi. Eyni zamanda Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR