Dərc edildi: Baxış sayı: 750
Şair Məmmədhüseyn - Dərdidi
Deməyin, düşmüşəm xəstə,
Dərdim bir bülbül dərdidi.
Alan dini-imanımı,
Ətirli bir gül dərdidi.
Bahara bənzər gəlişi,
Ceyrana bənzər yerişi.
Dünyaya dəyər görüşü,
Dərdim incəbel dərdidi.
Salıb məni intizara,
Günümü eyləyib qara.
Çatdırın məni o yara,
Dərdim şirindil dərdidi.
Eşqi ilə odlandığım,
Fəraqı ilə yandığım.
Ömrümə həmdəm sandığım,
Bir Leyli vüsal dərdidi.
Məmmədhüseynin günü-ayı,
Qəmi, dəmi bahar-yayı.
İlahidən olsa payı,
Uğurlu iqbal dərdidi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət