Slimfit
  1. DÜNYA

Şahzadə Çarlz koronavirusa yoluxdu

Şahzadə Çarlz koronavirusa yoluxdu
Sakura

Şahzadə Çarlz koronavirusa yoluxdu

Şahzadə Çarlzın koronavirus testi pozitiv çıxıb.

Report” “Sky News”a istinadən xəbər verir ki, bunu kral ailəsinin iqamətgahından bildiriblər.

Məlumata görə, 71 yaşlı şahzadə Çarlzla yanaşı, onun həyat yoldaşı 72 yaşlı hersoginya Kamilla Parker Boulz da koronavirus testindən keçib. Hersoginyada testin nəticələri neqativ çıxıb.

Bildirilir ki, şahzadə və onun həyat yoldaşı Şotlandiyada təcrid ediliblər. Son həftələr bir çox ictimai tədbirlərdə iştirak edən şahzadə Çarlzın koronavirusa harada yoluxduğu bəlli deyil.

Qeyd edək ki, Böyük Britaniya koronavirusun ən çox yayıldığı 10-cu ölkədir. Ölkədə 8 000-dən artıq insanda virus aşkarlanıb. Pandemiya qurbanlarının sayı isə 422 nəfərdir.

 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR